Digər

Ukrayna müharibəsində ən çox Rusiyanın bu ərazisi itki verib

01 May 2026, 22:04 1 baxış
Ukrayna müharibəsində ən çox Rusiyanın bu ərazisi itki verib

Ukrayna müharibəsində Başqırdıstan və Tatarıstan təsdiqlənmiş ölüm hallarının sayına görə Rusiyanın bütün bölgələri arasında birinci yerdədir .


Axar.az xəbər verir ki, bu barədə BBC-nin Rusiya bölməsi məlumat dərc edib.


Qeyd olunub ki, ümumilikdə, rusiyalı jurnalistlər Ukraynada ölən 216.205 rus hərbçisinin adını müəyyən edə biliblər.


Bildirilib ki, yalnız iki bölgədə - Başqırdıstan və Tatarıstanda təsdiqlənmiş itkilər Əfqanıstandakı 10 illik müharibə zamanı bütün Sovet itkilərini artıq üstələyib:


“İki həftə ərzində Başqırdıstan Ukraynada 9500 hərbçi itirib, Tatarıstanda isə ölənlərin sayı 8000 nəfərdir. Təkcə bu iki bölgədə təsdiqlənmiş itkilərin sayı 18116 nəfərdir”.

Mənbə axar.az

Oxşar Xəbərlər