Digər
Britaniyada II Dünya müharibəsi dövrünə aid bomba tapıldı
Böyük Britaniyanın cənub-qərbindəki Plimut şəhərində II Dünya müharibəsi dövründən qalan partlamamış sursat nəzarət altında məhv edilib.
Axar.az xəbər verir ki, aprelin 30-da Sautvey rayonunda öz həyətində qazıntı işləri aparan ev sahibi torpağın altından Almaniyada istehsalı olunan SC250 aviabombası aşkarlayıb. Təhlükəli tapıntı səbəbindən yaxınlıqda yerləşən təxminən 1200 evin sakinləri təxliyə edilib.
Sursat səhər saatlarında mütəxəssislər tərəfindən zərərsizləşdirilib.
Mənbə
axar.az