Digər

Azərbaycan sayəsində benzinin qiyməti artmadı – Papoyan

01 May 2026, 17:47 1 baxış
Azərbaycan sayəsində benzinin qiyməti artmadı – Papoyan

Azərbaycandan gələn yanacaq təchizatı Ermənistanda benzin qiymətlərinin artımının qarşısını almağa kömək etdi.


Axar.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.


“Dünyanın əksər ölkələrində benzinin qiyməti bir neçə dəfə, Ermənistanda isə bir neçə faiz artıb. İcazə verin, bunun niyə belə olduğunu çox aydın və birbaşa izah edim. Əgər Azərbaycan benzini və dizel yanacağı olmasaydı, qiymətlərimiz indikindən bir neçə yüz dram yüksək olardı. Geosiyasi amillərin bizim üçün daha az nəzərəçarpan olması üçün mümkün qədər diversifikasiyanı qorumalıyıq”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər