İdman

Qurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"

03 Apr 2026, 23:12 1 baxış
Qurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib. O, hər iki komandanın meydanda layiqli mübarizə apardığını bildirib: "Biz məğlub olsaq da, azarkeşlərin oyunlarımızdan zövq almasını istəyirəm. "Sabah"a gəlincə, sonadək oyunda qalmağı bacardı. Bəlkə də onlar bizdən daha istəkli görünürdülər. Futbolçular da meydanda bir-birlərini yaxşı başa düşürlər".
Mənbə oxu.az

Oxşar Xəbərlər