İdman

Mikel Arteta İngiltərə Premyer Liqasında mart ayının ən yaxşısı seçildi

03 Apr 2026, 18:30 1 baxış
Mikel Arteta İngiltərə Premyer Liqasında mart ayının ən yaxşısı seçildi
"Arsenal" klubunun baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi adına layiq görülüb. Oxu.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. London təmsilçisi geridə qoyduğumuz mart ayında keçirdiyi hər üç qarşılaşmadan qələbə ilə ayrılaraq 100 faizlik nəticəyə imza atıb. "Topçular" bu uğurlu seriya zamanı "Çelsi" (2:1), "Brayton" (1:0) və "Everton" (2:0) komandalarını xalsız qoyublar. Fəxri mükafat uğrunda mübarizədə Arteta Eddi Hau ("Nyukasl"), Devid Moyes ("Everton"), Rejis Le Bri ("Sanderlend") və Fabian Hürseler ("Brayton") kimi həmkarlarını geridə qoymağı bacarıb. Qeyd edək ki, bu titul ispaniyalı mütəxəssisin peşəkar karyerası ərzində qazandığı sayca 8-ci belə mükafatdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər