İdman

Builki mundialda Türkiyənin mahnısını kim səsləndirəcək?

03 Apr 2026, 17:40 1 baxış
Builki mundialda Türkiyənin mahnısını kim səsləndirəcək?
2026-cı il dünya çempionatına vəsiqə qazanılması Türkiyədə böyük həyəcan dalğası yaradıb. Türkiyə sonuncu dəfə 2002-ci ildə mundial səhnəsinə çıxmış və o zaman Tarkanın ifa etdiyi "Bir oluruz yolunda" mahnısı ilə çox sevilmişdi. Bu dəfə turnir mahnısının hansı sənətçiyə həvalə ediləcəyi müzakirə mövzusu olmuşdu. Eyni sənətçinin yeni mahnı hazırlayacağı gözlənilsə də, məşhur türkiyəli müğənni Sinan Akçıldan gözlənilməz açıqlama gəlib. Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, Sinan Akçıl öz sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. "Dəyərli federasiya prezidenti İbrahim bəy (İbrahim Hacıosmanoğlu) zəng etdi. Bütün gözəl duyğularımı bir daha özünə ifadə etmək şansım oldu. Digər məsələlər bizə qalsın, yeganə demək istədiyim odur ki, onun "mələk qızı" bu işin ruhunu yaşadanların başında dayanır... Gələn həftə Rivaya səfər edəcəyəm. Mövzu həmişə qırmızı-ağlardır. Allaha şükür ki, yaxşı ki, vardırlar", - deyə Sinan Akçıl bildirib.
1982-ci il mayın 20-də anadan olan Sinan Akçıl türk musiqi dünyasının tanınmış bəstəkarlarından, mahnı sözləri müəllifi və müğənnilərindən biridir. Karyerası ərzində İzel, Enbe Orkestrası, Ferhat Göçer, Candan Erçetin, Yaşar, Zeynep Kasalini, Mustafa Sandal, Gülben Ergen, Ebru Gündeş, Kutsi, Petek Dinçöz, Aygün Kazımova kimi bir çox məşhur sənətçilərlə əməkdaşlıq edib. O, həmçinin 2009-cu ilin may ayında keçirilən və Türkiyəni təmsil edən Hadisenin dördüncü yeri tutduğu "Avroviziya" mahnı müsabiqəsində ifa etdiyi "Düm Tek Tek" mahnısının da bəstəkarıdır.
Builki mundialda Türkiyənin mahnısını kim səsləndirəcək?
Mənbə oxu.az

Oxşar Xəbərlər