İdman

"Çelsi" "Real Madrid"ə keçmək istəyən futbolçusunu cəzalandırdı - FOTO

03 Apr 2026, 17:00 1 baxış
"Çelsi" "Real Madrid"ə keçmək istəyən futbolçusunu cəzalandırdı - FOTO
İngiltərənin "Çelsi" klubu ulduz futbolçusu Enzo Fernandesə qarşı sərt intizam tədbiri görüb. Oxu.Az xəbər verir ki, bu cəzaya əsas səbəb 25 yaşlı oyunçunun İspaniya nəhəngi "Real Madrid" komandasına transfer olunmaq istəyini bildirməsidir. London təmsilçisi baş verənlərin ardınca argentinalı yarımmüdafiəçini növbəti iki oyunluq matçın heyətindən kənarlaşdırmaq qərarına gəlib. Eyni zamanda, klubun sadiq azarkeşləri və veteran futbolçuları Fernandesin bu gözlənilməz davranışını birmənalı qarşılamayaraq, onu kəskin şəkildə tənqid ediblər. Xatırladaq ki, argentinalı yarımmüdafiəçi 2023-cü ildən etibarən "Çelsi" klubunun şərəfini qoruyur.
"Çelsi" "Real Madrid"ə keçmək istəyən futbolçusunu cəzalandırdı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər