İdman
AFFA stadionların saxlanılması və yenidən bərpasına nə qədər pul xərcləyib? - FOTO
AFFA-nın balansında olan stadionların, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına 4 milyon 254 min 477 manat vəsait ayrılıb. Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın hesabat konfransında məlumat verilib. Bu vəsait aşağıda qaydada stadionlar və məşq meydançaları arasında bölüşdürülüb: "Dalğa Arena" üçün 1 milyon 738 min 10 manat; Ağsu stadionuna 833 min 788 manat; Binə stadionuna 791 min 181 manat; "ASCO Arena"ya 328 min 477 manat; Milli Komandaların Məşq Mərkəzinə 303 min 42 manat; Şamaxı stadionuna 213 min 379 manat; Təhsil və reabilitasiya mərkəzinə 46 min 600 manat vəsait ayrılıb.
Mənbə
oxu.az