İdman

Marion Qavat: "Azərbaycana böyük etimad göstəririk"

03 Apr 2026, 12:00 1 baxış
Marion Qavat: "Azərbaycana böyük etimad göstəririk"
"FIFA prezidenti Canni İnfantionun salamlarını sizə çatdırıram". Oxu.Az xəbər verir ki, bu sözləri FIFA-nın regional meneceri Marion Qavat AFFA-nın hesabat konfransında çıxışı zamanı deyib. O, Azərbaycanın "FIFA Series-2026" turnirinə uğurlu ev sahibliyi etdiyini bildirib: "Yığma komanda turnirdə uğurlu oyunlar nümayiş etdirdi. Düşünürəm ki, ölkəniz 2027-ci ildə ev sahibliyi edəcəyi U-20 dünya çempionatında da yaxşı mübarizə aparacaq. Azərbaycana böyük etimad göstəririk. Federasiya və rəhbərlik tərəfindən nümayiş etdirilən peşəkarlığı, operativliyi və əməkdaşlıq ruhunu yüksək qiymətləndiririk. Gələn il də bu müsbət münasibətlərin davam etməsini səbirsizliklə gözləyirik". Marion Qavat, həmçinin "Qarabağ"ı Avropada qazandığı uğurlara görə də təbrik edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər