İdman

Azərbaycan Kubokunda finala doğru ilk addım: "Qarabağ" "Sabah"la, "Turan Tovuz" "Zirə" ilə qarşılaşır

03 Apr 2026, 08:00 1 baxış
Azərbaycan Kubokunda finala doğru ilk addım: "Qarabağ" "Sabah"la, "Turan Tovuz" "Zirə" ilə qarşılaşır
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir. Oxu.Az xəbər verir ki, mərhələnin hər iki görüşü bu gün keçiriləcək. Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 17:30-da start götürəcək. Günün ikinci matçında "Sabah" səfərdə "Qarabağ"la üz-üzə gələcək. Bu görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq. Azərbaycan Kuboku Yarımfinal İlk oyunlar 3 aprel 17:30. "Turan Tovuz" - "Zirə" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev. VAR: Cavid Cəlilov. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 20:00. "Qarabağ" - "Sabah" Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov. VAR: Kamal Umudlu. AVAR: Vüsal Məmmədov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Erkin Hüseynov. Tofiq Bəhramov adına Respublika stadionu
Mənbə oxu.az

Oxşar Xəbərlər