İdman

Erlinq Holand DÇ-2026-nın seçmə mərhələsində bombardir oldu

02 Apr 2026, 21:12 1 baxış
Erlinq Holand DÇ-2026-nın seçmə mərhələsində bombardir oldu
Norveç yığmasının ulduz hücumçusu Erlinq Holand 2026-cı il dünya çempionatının seçmə mərhələsinin ən məhsuldar futbolçusu adını qazanıb. Oxu.Az xəbər verir ki, norveçli forvard keçirdiyi səkkiz qarşılaşmada rəqib qapılarından 16 top keçirərək, seçmə mərhələnin bombardirinə çevrilib. Maraqlıdır ki, hücumçu milli komandasının son dörd görüşündə aktivinə 12 qol yazdıra bilib. Bombardirlər siyahısında növbəti pillədə 12 qolla Qətər millisinin hücumçusu Almoez Ali qərarlaşıb. Ondan sonrakı yerləri Məhəmməd Amoura (Əlcəzair), Son Hın Min (Cənubi Koreya) və Mehdi Taremi (İran) 10 qolla, Əli Olvan (İordaniya), Məhəmməd Salah (Misir) və Kris Vud (Yeni Zelandiya) 9 qolla tuturlar. Siyahını Yazan Al Nimat (İordaniya), Marko Arnautoviç (Avstriya), Sərdar Azmun (İran), Denis Bouanga (Qabon), Memfis Depay (Niderland), Kamori Doumbia (Mali), Fabio Lima (BƏƏ), Aymen Hüseyn (İraq), Harri Keyn (İngiltərə), Lionel Messi (Argentina), Viktor Osimhen (Nigeriya) və Ayase Ueda (Yaponiya) 8 qolla davam etdirirlər. Xatırladaq ki, mötəbər turnirin final mərhələsində 12 qrupa bölünmüş 48 milli komanda mübarizə aparacaq. Dünya çempionatının həlledici oyunları 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın yaşıl meydanlarında təşkil olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər