Digər

Kobaxidze Rubio ilə danışdı: Qafqazda güclü tərəfdaş...

31 Mar 2026, 01:16 2 baxış
Kobaxidze Rubio ilə danışdı: Qafqazda güclü tərəfdaş...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Dövlət katibi Marko Rubio ilə telefonla danışıb.


Axar.az xəbər verir ki, bu barədə İrakli Kobaxidze X hesabında yazıb.


Kobaxidze qeyd edib ki, Marko Rubio ilə telefon danışığı məhsuldar olub. Söhbət zamanı tərəfdaşlığın yenilənməsinin vacibliyi vurğulanıb:


“ABŞ Dövlət katibi Marko Rubio ilə səmərəli telefon danışığım oldu. Tərəfdaşlığımızın yenilənməsinin və Gürcüstanın Cənubi Qafqazda güclü tərəfdaş kimi rolunun gücləndirilməsinin vacibliyini vurğuladıq. Gürcüstan-ABŞ əlaqələrinin gücləndirilməsinə və regional sabitliyin və əlaqələrin təşviqinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”.

Mənbə axar.az

Oxşar Xəbərlər