Digər

Anar: Onu bütün filmlərdə öldürürdük... - Video

30 Mar 2026, 20:40 2 baxış
Anar: Onu bütün filmlərdə öldürürdük... - Video

Xalq yazıçısı Anar vida mərasimində səhnəyə çıxaraq mərhum xalq artisti Rasim Balayevlə bağlı xatirələrini bölüşüb.


Kult.az Axşam.az-a istinadla xəbər verir ki, Anar aktyorun yaradıcılığında danışaraq, oynadığı obrazlardan söz açıb:


"Belə bir gündə danışmaq ağırdır. Çünki dəyərli insanı - Rasim Balayevi itirdik. Azərbaycan kinosunun ən böyük siması idi. Kinomuz yaşadıqca, o da yaşayacaq.


Rasimlə biz sənət dostu idik. Mənim filmlərimdə də Rasimi öldürürdük. "Babək"də də, "Nəsimi"də də, "Sübhün səfiri"ndə də, "Dədə Qorqud"da canlandırdığı Beyrəkdə də onu öldürdük. Amma o ölərək böyük simaları yaşadır, əbədi ömür verirdi.


Bu gün Rasim də dünyasını dəyişdi. Onun sənəti, insani keyfiyyətləri həmişə bizimlə olacaq. Allah Rasimə rəhmət eləsin".

Mənbə axar.az

Oxşar Xəbərlər