Digər

Kubada 11 mindən çox uşaq əməliyyat gözləyir

29 Mar 2026, 17:53 2 baxış
Kubada 11 mindən çox uşaq əməliyyat gözləyir

Kubaya qarşı enerji blokadası səhiyyə vəziyyətinə mənfi təsir göstərib.


Axar.az xəbər verir ki, bunu Kubanın xarici ticarət və investisiyalar naziri Oskar Peres-Oliva Fraqa deyib.


“100 mindən çox insan əməliyyat üçün növbədə gözləyir və onlardan 11 mindən çoxu uşaqlardır”, - Nazir bildirib.


Onun sözlərinə görə, enerji böhranı həyatın bütün sahələrinə təsir edib:


“Xüsusilə, gündəlik elektrik kəsintiləri qida istehsalına, daşınmasına və saxlanmasına mənfi təsir göstərib. Yanacaq çatışmazlığı su təchizatı sistemlərinin normal işləməsinə də mane olur”.

Mənbə axar.az

Oxşar Xəbərlər