Digər

Rusların itkiləri 8 dəfə artıb – Hərbi müxbirlər yazır

29 Mar 2026, 16:22 2 baxış
Rusların itkiləri 8 dəfə artıb – Hərbi müxbirlər yazır

Rusiya ordusunun cəbhədə itkiləri 8 dəfə artıb. Ordunun hücumu uğursuzluqla nəticələnib.


Axar.az xəbər verir ki, bu barədə rusiyalı tanınmış hərbi müxbirləri məlumatlar yayıb.


“Şəxsi heyətin itkilərinin 80-90%-i cəbhə xəttində baş verir. 8-10 döyüşçü isə yolda, düşmənlə qarşılaşmadan, onu görmədən ölür”, - “Voenkor Kotyonok” kanalının müəllifi yazıb.


“Reportyor Filatov” kanalı isə yazıb ki, ölən rus hərbçilərinin sayı artıq yeni müqaviləli əsgərlərin sayını üstələyir.


“Əgər Rusiya ordusu bu cür yavaş irəliləyişini davam etdirərsə, Donbasın qalan hissəsini ələ keçirmək üçün ən azı beş il lazım olacaq, - “Fighterbomber” kanalı bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər