Digər

Ukrayna vəd olunmuş bütün silahları alacaq - Sibiqa

29 Mar 2026, 15:21 2 baxış
Ukrayna vəd olunmuş bütün silahları alacaq - Sibiqa

Amerikalı tərəfdaşlar yaxın vaxtlarda daha bir ölkənin qoşulacağı PURL proqramı çərçivəsində Ukrayna üçün nəzərdə tutulmuş silahların başqa yerə yönləndirilməsini planlaşdırmırlar.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.


"ABŞ Dövlət katibi Marko Rubio səviyyəsində bəyan edildi: Ukrayna üçün nəzərdə tutulmuş avadanlıqlardan, bu proqramdan digər ölkələrə heç nə yönləndirilməyib. Bu günə olan vəziyyətə görə, yönləndirmə ilə bağlı planlar da yoxdur", - Sibiqa vurğulayıb.


O həmçinin qeyd edib ki, Ukrayna PURL proqramına daha bir ölkənin qoşulacağı barədə təsdiq alıb:


"Hələlik onun adını çəkə bilmərəm, lakin bu o deməkdir ki, bu proqram fəaliyyət göstərir və o inkişaf edəcək. Bu bizim strateji HHM-lərimizin gücləndirilməsi üçün yeganə mümkün alətdir".

Mənbə axar.az

Oxşar Xəbərlər