Digər

Kadırov Çeçenistanda fövqəladə vəziyyət elan etdi

29 Mar 2026, 13:43 2 baxış
Kadırov Çeçenistanda fövqəladə vəziyyət elan etdi

Çeçenistanda əlverişsiz hava şəraiti səbəbindən fövqəladə vəziyyət elan edilib.


Axar.az xəbər verir ki, bununla bağlı Çeçenistan rəhbəri Ramzan Kadırov göstəriş verib.


“Mövcud vəziyyət regional fövqəladə vəziyyət kimi təsnif edilsin və Çeçenistan Respublikası ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunsun”, - məlumatda qeyd olunub.


Qeyd edək ki, Çeçenistanda 28 martdan bəri güclü yağışlar davam edir. Yağış nəticəsində kəndləri su basıb, yollar dağıdılıb və körpülər zədələnib.

Mənbə axar.az

Oxşar Xəbərlər