Digər

Dünya böyük aclığa doğru gedir – Analitik xəbərdarlıq etdi

29 Mar 2026, 11:08 2 baxış
Dünya böyük aclığa doğru gedir – Analitik xəbərdarlıq etdi

Dünya böyük bir ərzaq böhranına doğru gedir.


Axar.az xəbər verir ki, bu barədə məşhur maliyyə analitiki Lukas Ekvuame deyib.


Onun sözlərinə görə, qlobal ərzaq istehsalının 50%-i birbaşa sintetik gübrələrdən asılıdır:


“Şimal yarımkürəsində əkin mövsümü yaxınlaşır və gübrələrin mövcudluğu ciddi şəkildə məhdudlaşmağa başlayıb:


- Boğazdakı vəziyyətə görə gübrə tədarükünün 30%-i kəsilib;


- LNG tədarükünün 20%-i kəsilib;


- Çin gübrə ixracına məhdudiyyətlər tətbiq edərək tədarükün ~30%-ni təhlükə altına alıb.


Sintetik gübrələrin əksəriyyəti təbii qazın köməyi ilə istehsalı olunur. Qaz yoxdursa, gübrə yoxdur. Gübrə yoxdursa, məhsul yoxdur. Məhsul yoxdursa, qida yoxdur”.

Mənbə axar.az

Oxşar Xəbərlər