Digər

Pakistanla İran arasında kritik telefon əlaqəsi

29 Mar 2026, 01:18 2 baxış
Pakistanla İran arasında kritik telefon əlaqəsi

Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar ilə iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin X hesabında məlumat paylaşılıb.


İ.Dar sülhün bərqərar olması üçün yeganə variantın diplomatiya olduğunu və hücumların dayandırılmalı olduğunu bildirib.


Bundan əlavə, Dar həmkarına Hörmüz boğazından Pakistan gəmilərinin keçidi üçün icazə verilməsinə görə təşəkkürünü çatdırıb.


Qeyd edək ki, bundan öncə İran Pakistana Hörmüz boğazından 20 gəmisinin keçməsinə icazə verib.

Mənbə axar.az

Oxşar Xəbərlər