NATO-dan Gürcüstan hesabatı: Azərbaycanla da...
2024-cü il parlament seçkiləri və sonrakı hadisələr kontekstində müttəfiqlər NATO-nun Gürcüstanla əməkdaşlığı yenidən nəzərdən keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə NATO-nun illik hesabatında əksini tapıb.
Alyansın baş katibi Mark Ruttenin 2025-ci il hesabatında deyilir ki, yuxarıda qeyd olunanların nəticəsi olaraq, "NATO-Gürcüstan Əsas Paketi"nin bəzi aspektləri də daxil olmaqla, NATO-Gürcüstan əməkdaşlığının elementləri prioritet baxımından yenidən müəyyən edilib.
Hesabata görə, Gürcüstan Müdafiə Qüvvələri ilə müdafiə sahəsində əməkdaşlıq irəliləyib və bu, may ayında keçirilən NATO-Gürcüstan təlimlərində öz əksini tapıb.
Ruttenin hesabatında deyilir ki, NATO-nun Tiflisdəki Əlaqələndirmə Ofisi Cənubi Qafqaz regionundakı hər üç tərəfdaşla əməkdaşlığı davam etdirir.