Digər

Yaxın Şərqdəki münaqişənin nəticələri... - Putin

26 Mar 2026, 17:55 2 baxış
Yaxın Şərqdəki münaqişənin nəticələri... - Putin

Yaxın Şərqdəki münaqişənin nəticələrini hətta ona cəlb olunmuş iştirakçılar da proqnozlaşdıra bilmirlər.


Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.


"Yaxın Şərqdəki münaqişənin nəticələrini hələlik dəqiqliklə proqnozlaşdırmaq çətindir. Mənə elə gəlir ki, münaqişəyə cəlb olunanların özləri də heç nəyi proqnozlaşdıra bilmirlər, lakin bizim üçün bu, daha da çətindir", - Putin deyib.


Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə beynəlxalq logistika, istehsal və kooperasiya zəncirlərinə əhəmiyyətli ziyan vurur.

Mənbə axar.az

Oxşar Xəbərlər