Markov: ABŞ-ın desant əməliyyatları uğursuz olarsa...
İddialara görə, amerikalılar bu həftə İrana qarşı quru desant əməliyyatlarına başlaya bilərlər.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Bir çoxları Xark adasında aparılacaq əməliyyatlardan danışır. Amma mənə elə gəlir ki, bunlar Hörmüz boğazında tankerlərə hücum edən dəniz dronlarının yerləşdiyi hərbi liman bazalarına qarşı əməliyyatlar olacaq. Çünki Hörmüz boğazının blokadası ABŞ və şəxsən Tramp üçün əsas problemdir. Onun həll etməyə çalışacağı da məhz budur. Belə bir cəhd olmasa, o, müharibənin sonunda İranın sərt şərtləri ilə razılaşmayacaqdır. Amma desant əməliyyatı uğursuz olarsa, o zaman ABŞ tərəfindən real danışıqların və güzəştlərin vaxtı başlayacaq", - o bildirib.