Digər

İran ABŞ-ın regiondakı bazalarına hücum etdi

26 Mar 2026, 12:36 2 baxış
İran ABŞ-ın regiondakı bazalarına hücum etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd 4" əməliyyatının 82-ci dalğası çərçivəsində ABŞ-ın regiondakı bazalarına hücum edib.


Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən "Tasnim" məlumat yayıb.


Zərbələr ABŞ-ın Arifcan (Küveyt) və Əl-Xarcdakı (Səudiyyə Ərəbistanı) bazalarının əvvəlcədən müəyyən edilmiş hədəflərinə, eləcə də regiondakı bir sıra digər obyektlərə yönəldilib.


Həmçinin iddia edilib ki, əməliyyat zamanı Şeyx-İsadakı (Bəhreynin cənubu, Fars körfəzi sahili) "Patriot" radarı, P8 kəşfiyyat təyyarələri üçün anqar, ABŞ-nin dəstək yanacaq anbarları, MQ-9 pilotsuz uçuş aparatları üçün anqar və "Əli əl-Salem" aviabazasındakı (Küveyt) peyk rabitəsi antenası vurulub.


SEPAH-dan bildirilib ki, hücumun təfərrüatlarını sonra açıqlanacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər