Digər

Rusiya hücuma keçdi, Rumıniya F-16-ları qaldırdı

26 Mar 2026, 12:50 2 baxış
Rusiya hücuma keçdi, Rumıniya F-16-ları qaldırdı

Rusiya Rumıniya ilə sərhəddə Ukrayna hədəflərinə qarşı yeni bir sıra pilotsuz təyyarə hücumları həyata keçirib.


Axar.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.


“Hava vəziyyətini izləmək üçün iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb. Ukrayna hava hücumundan müdafiə sistemindən kənara çıxan pilotsuz təyyarə Rumıniya hava məkanına daxil olub və yaşayış məntəqəsinin kənarındakı Pareş kəndindən 2 kilometr aralıda qəzaya uğrayıb. Maddi ziyan və ya tələfat yoxdur”, - məlumatda qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər