Digər
ABŞ Buşehr AES-lə bağlı zəmanət vermir - Peskov
ABŞ İranın Buşehr atom elektrik stansiyası ilə bağlı vəziyyət üzrə heç bir zəmanət vermir.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Moskva bu obyektə zərbələrin yaratdığı təhlükə ilə bağlı öz mövqeyini Vaşinqtona çatdırır.
Qeyd edək ki, İsrail və ABŞ hərbi qüvvələri Buşehr nüvə stansiyasına zərbələr endirir.
Mənbə
axar.az