Digər

Adalarımızdan birini işğal etməyə hazırlaşırlar - Qalibaf

25 Mar 2026, 23:51 2 baxış
Adalarımızdan birini işğal etməyə hazırlaşırlar - Qalibaf

Bəzi kəşfiyyat məlumatlarına əsasən, İranın düşmənləri region ölkələrindən birinin dəstəyi ilə bizim adalarımızdan birini işğal etməyə hazırlaşır.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.


“Düşmənin bütün hərəkətləri nəzarətimiz altındadır. Əgər hər hansı addım atsalar, həmin ölkənin həyati infrastrukturu limitsiz və fasiləsiz hücumlara məruz qalacaq”, - o bildirib.


Qeyd edək ki, ABŞ-ın İranın Xark adasını ələ keçirmək üçün desant əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər