Digər

ABŞ və İsrailin İranla bağlı məqsədləri... - Şoyqu

25 Mar 2026, 18:23 2 baxış
ABŞ və İsrailin İranla bağlı məqsədləri... - Şoyqu

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları dayandırmaq niyyəti yoxdur.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.


O bildirib ki, hazırda regionda genişmiqyaslı silahlı münaqişəyə son qoymaq perspektivi mövcud deyil:


“ABŞ və İsrailin hərbi avantürizmlərini dayandırmaq niyyətində olduqlarına dair heç bir əlamət yoxdur”.


O qeyd edib ki, ABŞ və İsrail, əksinə, məqsədlərinə çatana qədər hərbi əməliyyatları davam etdirməyə hazır olduqları barədə bəyanatlar verirlər.


Şoyqunun fikrincə, bu məqsədlərin nə demək olduğunu heç kim başa düşmür.

Mənbə axar.az

Oxşar Xəbərlər