Digər

Makron Pezeşkianla danışdı

25 Mar 2026, 12:30 2 baxış
Makron Pezeşkianla danışdı

Fransa Prezidenti Emmanuel Makronla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Emmanuel Makron X səhifəsində məlumat yayıb.


“Məsud Pezeşkianla söhbət zamanı region ölkələrinə qarşı qəbuledilməz hücumların dayandırılmasının, enerji və mülki infrastrukturun qorunmasının, həmçinin Hörmuz boğazı vasitəsilə gəmiçiliyin bərpasının mütləq zəruriliyini vurğuladım”, - Makron bildirib.


Makron həmçinin İranı Fransa vətəndaşları Sesil Koler və Jak Parisin dərhal ölkəyə qaytarılmasına yardım etməyə çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər