Dünya

SEPAH: Tehran səmasında İsrail dronları məhv edilib

16 Mar 2026, 15:40 2 baxış
SEPAH: Tehran səmasında İsrail dronları məhv edilib
İran hava hücumundan müdafiə qüvvələri Tehran səmasında İsrailə məxsus "Heron" pilotsuz uçuş aparatını (PUA) məhv edib. Oxu.Az SNN-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat verib. SEPAH-ın xəbərinə görə, PUA dünən gecə vurulub. Silahlı qüvvələr, həmçinin İranın cənubundakı Cəm şəhəri yaxınlığında İsrailə məxsus "Hermes" pilotsuz təyyarəsinin məhv edildiyini də açıqlayıb. Əlavə məlumat verilməyib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər