Cəmiyyət
Dərman qiymətləri ilə bağlı yeni ümid: Azərbaycanda nə dəyişəcək? - Video
Azərbaycanda dərman vasitələrinə olan tələbatın böyük hissəsi hələ də idxal hesabına qarşılanır. Bəs, ən çox hansı ölkələrdən dərman idxal olunur və yerli bazarda hansı preparatlara daha çox ehtiyac var? Oxu.Az Baku TV-yə istinadla bildirir ki, Pirallahı Sənaye Parkında fəaliyyətə başlayan yeni müəssisə 60 milyon qutu illik istehsal gücü ilə bu sahədə yerli istehsalın genişləndirilməsinə və xaricdən asılılığın azalmasına imkan yaradacaq. Bəs yeni zavod Azərbaycanın dərman bazarında hansı dəyişiklikləri formalaşdıra bilər?
Sualları Azərbaycan Əczaçı Sahibkarlar İctimai Birliyinin sədr müavini Sərdar Xudiyev cavablandırıb: "Tələbat strukturuna baxsaq, birinci yerdə ürək-damar xəstəlikləri dayanır. Bu, təkcə Azərbaycanda deyil, bütün regionumuzda ölümün əsas səbəbidir. Real hipertenziya, yəni yüksək təzyiq əhalinin böyük hissəsində var və bu cür xəstələr dərmanı ömür boyu hər gün qəbul eləməlidirlər". Sərdar Xudiyevin sözlərinə görə, ikinci böyük tələbat qrupuna aid dərmanlar xroniki xəstəliklərdən əziyyət çəkənlər üçündür: "Şəkərli diabet ölkədə artan problemdir. Bu preparata tələbat ildən-ilə böyüyür. Mədə-bağırsaq dərmanları, mədə turşuluğunu azaldan çox geniş yayılmış molekullardır. Neoloji dərmanlar isə ağrı sindromu üçün preparatlardır. Yaşlı kişilərdə prostat problemləri ilə dərmanlar sabit tələbatı olan qruplara daxildir".

Mənbə
oxu.az