Dünya
Hollivudun iki nəhəng studiyası birləşdi
"Paramount Skydance" "Warner Bros. Discovery" şirkətinin 110 milyard dollarlıq satınalmasını başa çatdıraraq "Skydance" adlı yeni nəhəng media şirkəti yaradıb. Oxu.Az xəbər verir ki, məlumatı "Reuters" yayıb. Yeni şirkət "Missiya: Mümkün deyil", "Harri Potter" və "DC Studios" kimi məşhur layihələrin studiyalarını CBS, CNN, "Paramount+" və "HBO Max" platformaları ilə birləşdirir. Şirkətə baş direktor Devid Ellison rəhbərlik edəcək, "Mattel" şirkətinin keçmiş rəhbəri İnon Kreits isə həmsədr təyin olunub. Yeni şirkətin qarşısında 6 milyard dollarlıq qənaət əldə etmək vəzifəsi dayanır. "Birləşdirilmiş şirkətin ümumi borc yükünün təxminən 80 milyard dollar olacağı gözlənilir. Şirkət həmçinin "HBO Max" və "Paramount+" platformalarını vahid yayım xidmətində birləşdirməyi planlaşdırır.
Mənbə
oxu.az