İdman
İngiltərə Çexiya üzərində inamlı qələbə qazandı - Video
UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib. Oxu.Az xəbər verir ki, dördün turun son oyun günündə 10 matç baş tutub. Turun maraqla gözlənilən görüşlərindən biri A Liqasının III qrupunda İngiltərə və Çexiya milliləri arasında keçirilib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
27-ci dəqiqəd\ Vladimir Tsoufal avtoqol müəllifi olaraq İngiltərəni hesabda önə keçirib. Ardınca Harri Keyn dubla (40 və 57-ci dəqiqələr) imza ataraq yekun hesabı müəyyənləşdirib. Bu nəticədən sonra İngiltərə millisi qrupda keçirdiyi dörd oyunda 9 xal toplayıb. Çexiya yığmasının hesabında isə xal yoxdur. Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb: A Liqası, III qrup Xorvatiya - İspaniya - 1:2. B Liqası, I qrup Şotlandiya - Sloveniya - 1:2; İsveçrə - Şimali Makedoniya - 3:0. C Liqası, I qrup Albaniya - San-Marino - 2:1; Belarus - Finlandiya - 1:0. C Liqası, III qrup Qazaxıstan - Farer adaları - 2:2; Moldova - Slovakiya - 0:4. C Liqası, IV qrup Estoniya - İslandiya - 0:0; Lüksemburq - Bolqarıstan - 0:2.

Mənbə
oxu.az