Dünya
Pakistanda yeni qanadlı raket sınaqdan keçirildi - Video
Pakistan ordusu "yer-yer" tipli yüksəkdəqiqlikli "Fatah-4" qanadlı raketini uğurla sınaqdan keçirib. Oxu.Az xəbər verir ki, bu barədə ölkə Silahlı Qüvvələrinin Qurumlararası İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.
"Qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz edilmiş "Fatah-4" uzaqmənzilli hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir", - deyə ISPR-in məlumatında bildirilib. "Fatah-4" Pakistan ordusunun Raket Komandanlığı qoşunları üçün hazırlanıb. "Fatah" raketlərinin 120 və 750 kilometr məsafə qət edə bilən modifikasiyalarının əvvəlki sınaqları 2025-ci ilin may və sentyabr aylarında keçirilib.

Mənbə
oxu.az