Dünya
Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Şimali Kipr Türk Respublikasının Girne sahillərində "Filo Jet" gəmisinin qəzaya uğramasından sonra itkin düşmüş hesab edilən daha iki nəfərin cəsədi tapılıb. Bununla da faciə qurbanlarının sayı 24-ə çatıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, tapılan cəsədlərin şəxsiyyəti aparılacaq DNT analizlərinin nəticələrinə əsasən müəyyənləşdiriləcək. Hazırda daha dörd nəfər itkin düşmüş hesab olunur və onların axtarış-xilasetmə işləri davam etdirilir. Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb. Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir. Məlumata görə, ŞKTR Baş Nazirliyi qəza ilə bağlı aparılan axtarış əməliyyatları zamanı daha bir cəsədin tapıldığını açıqlayıb. Açıqlamada cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün lazımi prosedurların başlandığı qeyd edilib. Bununla da "Filo Jet" sərnişin gəmisi qəzasında ölənlərin sayı 22-yə çatıb, itkin düşmüş 6 nəfərin axtarışları isə davam edir. Xatırladaq ki, ötən gün Şimali Kiprin Girne şəhəri yaxınlığında sərnişin gəmisinin batması nəticəsində itkin düşənlərin axtarış-xilasetmə əməliyyatları zamanı daha bir meyit aşkarlanmışdı. Xatırladaq ki, ŞKTR Girne limanı ilə Mersindəki Taşucu limanı arasında səfər həyata keçirən "Filo Jet" adlı yüksəksürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissədən göyərtəyə su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışdığı zaman aşıb. Bildirək ki, gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas ediliblər. Həmçinin gəminin ekipaj üzvləri olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə hadisənin istintaqı çərçivəsində saxlanılaraq hakim qarşısına çıxarılıblar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib. Hadisə ilə bağlı istintaq davam edir.
Mənbə
oxu.az