Digər
ABŞ başa düşür ki, Rusiyaya qarşı sanksiyalar... - Dmitriyev
Bu gün bir çox ölkə, ilk növbədə ABŞ Rusiya neftinin və qazının dünya iqtisadiyyatının sabitliyini təmin etməkdə əsas, sistem yaradan rolunu, həmçinin Rusiyaya qarşı sanksiyaların səmərəsizliyini daha yaxşı anlamağa başlayır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Mayamidə Tramp administrasiyasının üzvləri ilə görüşdən sonra sosial media hesabında yazıb.
O, həmçinin bildirib ki, görüşdə Rusiya-Amerika münasibətlərinin bərpasına töhfə verə biləcək perspektivli layihələr müzakirə olunub.
Qeyd edək ki, ötən gün Dmitriyev ABŞ-da iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun rəhbərləri ilə görüş keçirib.
Mənbə
axar.az