Digər

İsrail Hizbullahın mövqelərini darmadağın etdi - Video

12 Mar 2026, 06:56 2 baxış
İsrail Hizbullahın mövqelərini darmadağın etdi - Video

İsrail ordusu Livan ərazisində Hizbullahın infrastrukturuna qarşı genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.


Axar.az xəbər verir ki bu barədə ÇAXAL məlumat yayıb.


Məlumata görə, 30 dəqiqə ərzində Beyrutun Dahiya bölgəsində terror qərargahı kimi istifadə edilən 10 bina vurulub.


Bildirilib ki, hücumlar zamanı İsrailə raket atmağa hazırlaşan onlarla buraxılış qurğusu və silahlı şəxs də məhv edilib.


Hərbi Hava Qüvvələri paralel olaraq 20-dən çox hədəfə zərbə endirib.


İsrail ordusu Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər