Digər

Türkiyədən xəbərdarlıq: İrandan Livana qədər...

12 Mar 2026, 00:06 2 baxış
Türkiyədən xəbərdarlıq: İrandan Livana qədər...

İran ətrafında yaranmış vəziyyət bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. Son hadisələri nəzərə alan Türkiyə yerdə, havada və suda, xüsusən də sərhəd boyunca, həmçinin kiberməkanda tədbirləri artırıb. Ordumuz Türkiyənin hüquq və mənafelərini qorumaq, millətimizin etimadına layiq olmaq əzmindədir. Qətiyyətimiz tam və sarsılmazdır.


Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Muş vilayətinə səfəri zamanı səsləndirib.


Münaqişənin genişləndiyi bir şəraitdə Türkiyənin sülh gündəliyini təşviq edən dövlət olduğunu diqqətə çatdıran Y.Gülər “ölkəmiz regionda sabitlik adası və təhlükəsizlik mərkəzi mövqeyini qoruyur. Rəsmi Ankara danışıqlar masasında effektiv təşəbbüslərlə çıxış edir", - deyə vurğulayıb.


Onun sözlərinə görə, qarşılıqlı zərbələr daha böyük fəlakətə gətirib çıxarmadan dayandırılmalı, dialoq və diplomatiya kanalları yenidən açılmalıdır.


“İrandan Livana qədər geniş bir ərazini əhatə edən münaqişəni diqqətlə izləyirik, hər bir hadisəni təhlil edirik, heç bir ehtimalı nəzərdən qaçırmırıq”,- deyə türkiyəli nazir əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər