Digər

Rusiyadan Misirə gedən gəmi Çanaqqalada saya oturdu

11 Mar 2026, 21:20 7 baxış
Rusiyadan Misirə gedən gəmi Çanaqqalada saya oturdu

Rusiyadan Misirə gedən yük gəmisi Çanaqqala boğazında saya oturub.


Axar.az xəbər verir ki, bu barədə Çanaqqala Sahil Təhlükəsizliyi məlumat yayıb.


Məlumata görə, Panama bayraqlı "NATO APP" adlı yük gəmisində mühərrik nasazlığı baş verib. 189 metr uzunluğundakı gəmidə 51 min 258 ton taxıl yükü var.


"Qurtarma-21" və KEGM-8 qayığı hadisə yerinə göndərilib.

Mənbə axar.az

Oxşar Xəbərlər