“Cənab heç kim Putinə qarşı” mükafat aldı
Rusiyanın Çelyabinsk vilayətinin Karabaş şəhərindəki 1 nömrəli məktəbin müəllimi Pavel Talankinin çəkdiyi “Cənab heç kim Putinə qarşı” sənədli filmi Britaniya Kino Akademiyasının BAFTA mükafatına layiq görülüb.
Kult.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Rusiya mətbuatının yazdığına görə, Talankin bir neçə il Karabaşda işlədiyi məktəbdə tədbirləri lentə almaqla məşğul olub. Ukraynada müharibəyə başlayandan sonra Rusiyada məktəblərdə rus uşaqları arasında kütləvi şəkildə “vətənpərvərlik” və ukraynalılara və Qərbə nifrət aşılayan təbliğat aparılmasına start verilib.
Talankin də Təhsil Nazirliyinin təlimatı ilə bu dərslərin videoreportajlarını çəkməyə başlayıb. 2024-cü ilin iyun ayında isə o, görüntülərlə birlikdə Rusiyanı tərk edib.
Pavel Talankin amerikalı rejissor Devid Borenşteynlə birlikdə bu materialdan filmdə istifadə edib.