Cəmiyyət

Yarımçıq yuxuların gerçəkləşdiyi gün: 50 ailə doğma yurd-yuvalarına qayıdır

17 Aug 2026, 06:20 2 baxış
Yarımçıq yuxuların gerçəkləşdiyi gün: 50 ailə doğma yurd-yuvalarına qayıdır
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Oxu.Az-ın məlumatına görə, bu gün Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman, eləcə də Şuşanın Kiçik Qaladərəsi kəndlərinin sakinləri öz doğma yurd-yuvalarına qayıdırlar. Belə ki, onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Quzeyxırman kəndinə 18 ailə - 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə - 103 şəxs, Kiçik Qaladərəsi kəndinə 11 ailə - 39 sakin köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər