Dünya
Dünyanın ən çirkin iti seçildi
Koreya Respublikasında it əti tacirlərindən xilas edilən altı yaşlı Cinni Lu "Dünyanın ən çirkin iti" müsabiqəsinin qalibi olub. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. "Cinni Lunun hekayəsi Koreya Respublikasının dağlarında başlayıb. O, burada it əti tacirlərindən xilas edilib və daha sonra öz evini tapıb. Dörd il sonra o, həyatdan tam zövq alır və harada peyda olursa-olsun, insanları gülümsədir", - deyə mopsun iştirakçı kartındakı təsvirdə bildirilib. Qeyd olunur ki, Kaliforniyada keçirilən yarış Cinni Lu üçün baş mükafatı qazanmaq yolunda dördüncü cəhd olub. Bununla belə, bir il əvvəl o, ikinci yeri tutmağa nail olub. 2026-cı ildə mops beş min dollar məbləğində pul mükafatı və Nyu-Yorka səfər qazanıb. Orada o, NBC telekanalının proqramında iştirak edəcək. Qeyd olunur ki, Cinni Lunun sifəti müsabiqənin sponsorlarının məhdud sayda istehsal edəcəyi pivə bankalarının üzərində də əks olunacaq. Ümumilikdə müsabiqədə səkkiz it iştirak edib. İkinci və üçüncü yerləri çihuahua cinsindən olan itlər - albinos Pinki və ağız-burun nahiyəsində deformasiyaları olan Otto tutublar.
Mənbə
oxu.az