Digər

Admiraldan etiraf: Ekipaj yorulub!

17 Aug 2026, 01:39 1 baxış
Admiraldan etiraf: Ekipaj yorulub!

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper "USS Abraham Linkoln" təyyarə daşıyan gəmini ziyarət etdikdən ekipajın yorulduğunu etiraf edib. Uzun müddət xidmətdə olan aviadaşıyıcı may ayında ABŞ-yə qayıtmalı idi.


Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.


Admiralın sözlərinə görə, aviadaşıyıcıda əvvəllər mediada işıqlandırılan problemlər artıq həll olunub. Xüsusilə qida, isti su və digər məişət şəraiti ilə bağlı məsələlər rəhbərlik tərəfindən nəzərdən keçirilib və aradan qaldırılıb.


Xatırladaq ki, avqustun 14-də ABŞ Prezidenti Donald Tramp "USS Abraham Linkoln"un Yaxın Şərqdən planlaşdırılan güc rotasiyası çərçivəsində qayıtmasını təsdiqləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər