Digər
HƏMAS-dan İsraillə bağlı çağırış: Təzyiq göstərin!
Vasitəçilər və Sülh Şurası İsrailə Qəzza atəşkəsinə riayət etməsi və sülh planının ikinci mərhələsinə keçidi təsdiqləməsi üçün təzyiq göstərməlidir.
Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın Misirin Əl-Əlameyn şəhərində keçirilən danışıqlardan sonra yaydığı bəyanatda deyilir.
HƏMAS onlara təklif olunan yol xəritəsi ilə razılaşdığını bir daha qeyd edib, lakin bunun nələri əhatə etdiyini açıqlamayıb.
Mənbə
axar.az