Cəmiyyət

Quzeyxırman sakini: "Arzu edirəm ki, torpaqlarımızda ancaq xoş günlər görək"

17 Aug 2026, 06:55 2 baxış
Quzeyxırman sakini: "Arzu edirəm ki, torpaqlarımızda ancaq xoş günlər görək"
"Allah bir də bizə pis günlər qismət eləməsin". Oxu.Az xəbər verir ki, bu sözləri Xocavəndin Quzeyxırman kəndinə qayıdan keçmiş məcburi köçkün Aqil Gözəlov deyib. O bildirib ki, illərdir arzusunda olduğu işğaldan azad olunmuş ərazilərə - Xocavəndin Quzeyxırman kəndinə qayıdır: "Bizim üçün sevincli gündür. Allah şəhidlərimizə rəhmət eləsin, qalanlara can sağlığı versin. Arzu edirəm ki, torpaqlarımızda ancaq xoş günlər görək. Düşmən isə unutmasın ki, dəmir yumruq yerindədir. Ulu öndərin siyasətini bu gün Prezident İlham Əliyev davam etdirir. Bu günlər bizə qismət olduğu üçün prezidentimizə bir daha təşəkkür edirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər