Cəmiyyət

Kiçik Qaladərəsinə qayıdan keçmiş məcburi köçkün: "Doğma torpaqlara fəxr hissi ilə dönürəm"

17 Aug 2026, 06:48 2 baxış
Kiçik Qaladərəsinə qayıdan keçmiş məcburi köçkün: "Doğma torpaqlara fəxr hissi ilə dönürəm"
"Vətənimizi yenidən bərpa edəcəyik". Oxu.Az xəbər verir ki, bu sözləri Şuşanın Kiçik Qaladərəsi kəndinə qayıdan keçmiş məcburi köçkün Orxan Qasımov deyib. O bildirib ki, hazırda həyatının ən xoş günüdür: "Atamın döyüşdüyü, vuruşduğu həmin torpaqlara fəxr hissi ilə qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün onların sayəsində doğma yurd-yuvamıza qayıdırıq. Vətənimizi bərpa edəcəyik. Allah Ali Baş Komandanımızı qorusun. Onun sayəsində biz bu gün fəxrlə doğma yurd-yuvamıza qayıdırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər