Digər

Lukaşenko: Elə bir ordu yaradırıq ki...

23 Feb 2026, 12:48 2 baxış
Lukaşenko: Elə bir ordu yaradırıq ki...

Belarus istənilən təcavüzkarın gözünün odunu almağa qadir bir ordu yaradır.


Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.


“Yalnız müasir, mobil və yaxşı təchiz olunmuş bir ordu təcavüzkara müqavimət göstərə bilər. Bütün bu illər ərzində yaratdığımız ordu kimi. İstənilən təcavüzkarın gözünün odunu almağa qadir bir ordu. Belarusun dinc gələcəyinin açarı ölkənin silahlı qüvvələrinin gücü, xalqın birliyi və həmrəyliyi olub, bu, belə də qalır və onu yorulmadan zəhmətlə gücləndirməliyik”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər