Digər
HƏMAS Sinvarın yerinə yeni lider seçir
HƏMAS Yəhya Sinvarın yerinə yeni müvəqqəti lider seçilməsi üçün seçki keçirir.
Axar.az xəbər verir ki, bu barədə BBC mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, səsvermə Qəzza boyunca, Qərb sahilində və digər bölgələrdəki HƏMAS üzvləri arasında keçirilir:
“Qəzzalılar artıq gizli səs verib, lakin prosesin digər bölgələrdə başa çatıb-çatmadığı məlum deyil. Nəticələr açıqlandıqdan sonra yeni lider vəzifəsini bir il müddətinə icra edəcək”.
Qeyd edək ki, HƏMAS lideri Yəhya Sinvar 2024-cü ilin oktyabr ayında Qəzzada İsrail qüvvələri tərəfindən öldürülmüşdü.
Mənbə
axar.az