İdman

Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub edərək liderliyini möhkəmləndirdi - VİDEO

22 Feb 2026, 19:12 1 baxış
Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub edərək liderliyini möhkəmləndirdi - VİDEO
Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib. "Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.
88-ci dəqiqədə Kahim Parris fərqlənib. Xallarının sayını 52-yə çatdıran Bakı klubu liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır. Günün ilk görüşündə "Şamaxı" "İmişli" ilə bərabərə qalıb - 0:0. Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər