İdman
Mixail Malkin: "Bir az mental problemlərim var idi"
"Bu, mənim cari ildəki ilk yarışım idi". Oxu.Az xəbər verir ki, bu sözləri tamblinq gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandıqdan sonra deyib. O bildirib ki, bu yarışa çox hazırlaşıb: "Ötən ilə yaxşı başlamamışdım deyə, bu il çox yaxşı hazırlaşmışdım. Bir az mental problemlərim var idi. Hazırda bununla mübarizə aparıram. Özümü topladım, bu gün yaxşı çıxış etdim və qızıl medal qazandım. Bir aydan sonra Avropa Çempionatına qatılacağıq. O yarışda da yaxşı çıxış etməyə çalışacağam". M.Malkin qızıl medal uğrunda komanda yoldaşı Tofiq Əliyevlə yarışması barədə də danışıb: "Ümumiyyətlə mən yarışda rəqibimin kim olduğu ilə maraqlanmıram. Mən yarış boyu özümü sakitləşdirməklə məşğul oluram. İstəyirəm ki, rahat şəkildə öz hərəkətlərimi yerinə yetirim". Qeyd edək ki, tamblinq gimnastikası üzrə digər təmsilçimiz Tofiq Əliyev gümüş medala yiyələnib. Murad Nəsimi
Mənbə
oxu.az