İdman

Premyer Liqa: "Şamaxı" "İmişli"nin, "Kəpəz" "Sabah"ın qonağı olacaq

22 Feb 2026, 09:24 1 baxış
Premyer Liqa: "Şamaxı" "İmişli"nin, "Kəpəz" "Sabah"ın qonağı olacaq
Bu gün Misli Premyer Liqasının XXI turunda daha iki oyun keçiriləcək. Oxu.Az xəbər verir ki, ilk olaraq "Şamaxı" "İmişli"nin qonağı olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:30-da start götürəcək. Meydan sahibləri 19 xalla 9-cu, "Şamaxı" 24 xalla 8-ci pillədə qərarlaşıb. Günün ikinci görüşündə "Sabah" "Kəpəz"i qəbul edəcək. "Bank Respublika Arena"kı oyun saat 17:00-da start götürəcək. Bakı klubu 49 xalla vahid liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır. Misli Premyer Liqası II dövrə, XXI tur 22 fevral 14:30. "İmişli" - "Şamaxı" Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli. VAR: Rauf Cabarov. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Elman Musayev. Quba Olimpiya İdman Kompleksinin stadionu. 17:00. "Sabah" - "Kəpəz" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev. VAR: Əli Əliyev. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. "Bank Respublika Arena". Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər